"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Reklam Agentliyi: “Bələdiyyələrin hesabına reklam yerləşdirilməsinə icazə üçün ödənilən rüsumun 10 faizi məbləğində əlavə haqq köçürülmüşdür”

--2022-03-29 / 20:27

Belediyye.info olaraq mart ayı ərzində bələdiyyələrin fəaliyyətinə dəstək verməli olan bəzi mərkəzi icra orqanlarına bələdiyyələri narahat edən bir sıra  həlli vacib suallarla müraciət etməli oldum.

Mart ayının 3-də Dövlət Reklam Agentliyinin idarə Heyətinin sədri Aydin ibadova ünvanladığım sullara artıq 28 mart tarixində cavab alsamda, cavab məktubda yazıldığı kimi 17 mart tarixindən hazır imiş.

Sevindirici haldır ki, qurumun sədr müavini Orxan əliyevin imzasıyla daxil olan və operativ şəkildə hazırlanan cavab məktubunda ünvanladığımız sualların bir qisminə ətraflı cavab verilib.

Etiraf edək ki, qanunvericiliyə çoxsaylı istinadlar edilsə də, cavabda bəzi diqqətimi çəkən məqamda vardır.

Lakin agentliyin bələdiyyə sisteminin inkişafı üçün hansı töhvələr verməsinə, vətəndaş olaraq səs verdiyiniz bələdiyyənin fəaliyyətindən razısınızmı, sualının cavabsız qalması təəssüf doğurur.Və ən əsası bu günədək bələdiyyə büdcəsinə ödənilən on faizlik maliyyə vəsaitinin həcmi barədə məlumat verilmir. Düşünürəm ki, ayrı-ayrı bələdiyyələr üzrə verilməsə də, bu məlumatın ümumi bələdiyyələr üzrə olan rəqəmini ictimailəşdirmək olardı. Nə isə...

 

Məktubları olduğu kimi oxuculara təqdim edirəm

****

Belediyye.info saytı olaraq ulu öndər Heydər əliyevin yaratdığı bələdiyyələrin fəaliyyətinin təbliği ilə məşğul olur, bu istiqamətdə təhlil və araşdırma aparmaqla bələdiyyə sisteminin inkişafı üçün addımlar atır, müxtəlif səpgili layihələri icra edirik.

əlavə edirik ki, 2015-ci ildən “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin təşəbbüsü ilə yaradılan internet resurs yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və fəaliyyətlərinə yardımçı olmaqdır. Artıq yeddinci ildir ki, sayt fəaliyyətdədir və saytda bələdiyyələrin fəaliyyəti geniş şəkildə öz əksini tapmaqdadır.

Bu gün ölkə bələdiyyələrinin qarşılaşdığı problemlərdən biri də reklam sahəsiylə bağlıdır.

Bu sahədəki mövcud duruma aydınlıq gətirilməsi üçün aşağıdakı sualların cavablandırılmasına yardımçı olmağınızı xahiş edirik.

  1. Dövlət Agentliyi ilə bələdiyyələr arasında qarşılıqlı əlaqə və münasibətlərin real vəziyyəti haqqında nə demək olar?
  2. Bələdiyyə ərazisində əldə edilən reklamlardan daxil olan maliyyə vəsaitindən bələdiyyə büdcəsinə qanunla nəzərdə tutulan 10 faizlik ödəmələr həyata keçirilirmi?
  3. Bu günədək bələdiyyə büdcəsinə ödənilən vəsaitin həcmi nə qədər olub, əgər ödənilmirsə hansı səbəbdəndir?
  4. Fikrinizcə, agentlik bələdiyyə sisteminin inkişafı üçün hansı töhvələr verib?
  5. Azərbaycan vətəndaşı olaraq Siz səs verdiyiniz bələdiyyənin fəaliyyətindən razısınızmı?

 

***

Cavab məktubu:

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1 bəndinə əsasən Dövlət Reklam Agentliyi “Reklam haqqında” AR Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam daşıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayınlanması sahəsində vahid tənzimlənməni və nəzarəti həyata keçirir. Həmçinin, sözügedən Nizamnamənin 2.2.9 yarımbəndinə əsasən Dövlət Agentliyi reklam yayıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı müraciəti əsasında müvafiq bələdiyyə ilə həmin əmlakın icarəsinə dair müqavilə bağlayır.

Eyni zamanda, “Reklam haqında” AR Qanunun 26.2.2.2-ci maddəsinə əsasən reklam daşıyıcısının bələdiyyə mükiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə reklam yayıcısı həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum Dövlət Agentliyi əsasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir.

Bundan əlavə, AR Nazirlər Kabinetinin 26 dekabr 2017-ci il tarixli 598 nömrəli qərarının 4-cü hissəsi ilə bələdiyyəyə ödənilməli olan müvafiq vəsait reklam yayıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam yerləşdiriıməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğin 10 faizi həcmində müəyyən edilmişdir.

Sadalanan qanunvericilik aktlarının tələblərindən də göründüyü kimi, reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdirlməsi ilə əlaqədar, həmin əmlakın icarəsinə görə, bələdiyyə ilə Dövlət Agentliyi arasında bağlanılmış müavilədən irəli gələn və müvafiq dövlət rüsumunun 10 faizi həcmində müəyyən edilən məbləğ reklam yayıcıları tərəfindən Dövlət Agentliyinə ödənildikdən sonra, Dövlət Agentliyi qeyd olunan vəsaiti bələdiyyənin hesabına köçürür.

Odur ki, müvafiq müqavilələrin bağlanılaraq, müəyyən edilmiş məbləğin bələdiyyənin büdcəsinə ödənilməsi üçün, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşən reklam daşıyıcıları (qurğuları) barədə (reklam qurğusunun yerləşdiyi ünvan, ölçüləri və yerindəki rəngli fotosu göstərilməklə) məlumatların və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun təsdiq edən sənədlərin (torpaq sahəsinin plan-xəritələrinin) təsdiqlənmiş surətlərinin aidiyyəti üzrə Dövlət Reklam Agentliyinə təqdim olunması zəruridir.

Bununla yanaşı, Dövlət Agentliyi 01 iyul 2019-cu il tarixindən başlayaraq Bakı şəhəri Səbail, Nərimanov və Nəsimi rayonlarının bələdiyyələri ilə müvafiq daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə dair müqavilələr bağlanmış və müqavilələrin növbəti illər üzrə yenilənməsi təmin edilmişdir. Həmin müqavilələrə əsasən bələdiyyələrə məxsus daşınmaz əmlak üzərində açıq məkanda reklam yayımlanmasına dair 2019-cu ildə 420, 2020-ci il üzrə 393 və 2021-ci il 01 oktyabr tarixinə 455 icazə sənədi verilmiş, eləcə də müqavilə bağlanılmış və bələdiyyələrin hesabına reklam yerləşdirilməsinə icazə üçün ödənilən rüsumun 10 faizi məbləğində əlavə haqq köçürülmüşdür.

əlavə olaraq bildirirk ki, bələdiyyələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun onlara məxsus olmasını təsdiq edən sənədlər Dövlət Agentliyinə təqdim edildikdən sonra, digər bələdiyyələrlə də müvafiq əmlakdan istifadəyə dair icarə müqaviləsinin bağlanıması nəzərdə tutulmuşdur.”

Belediyye.info

ŞƏRHLƏR